Gəncədə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 24 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Şəhərdə mağazaların birindən 3150 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Birinci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Fərzəliyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.