Gəncədə qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda 28 iyun tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Tikinti işləri tərəfindən şəhər ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Yoxlamalar zamanı 38 nömrəli hərbi şəhərcikdə müvafiq icazəverici sənədləri olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Qurumların nümayəndələri tərəfindən edilən xəbərdarlıqlar nəticəsiz qaldığı üçün müvafiq qərar qəbul edilib və qanunsuz tikinti işləri dayandırılaraq söküntüsü aparılıb.
Bildirilib ki, analoji tədbirlər şəhərin digər ərazilərində də həyata keçiriləcək.