Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 7 mart tarixində FHN-ə istinadən məlumat veririk.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin çağrı mərkəzinə şəhər ərazisində avtomobilin alışması barədə məlumat daxil olub. Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib.
"Mercedes" markalı mikroavtobusun mühərrik hissəsi və salonu yanıb. Alovun avtomobilin qalan hissələrinə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.