Gəncəbasar bölgəsində küləklə bağlı xəbərdarlıq olunub.
Gencexeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, ölkə ərazisində güclü külək əsəcək. Bu səbəbdən bir sıra rayonlar sarı xəbərdarlıq zonasına daxil edilib.
Onların arasında Gəncə və Mingəçevir şəhərləri, Samux, Goranboy, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Gədəbəy və Yevlax rayonları yer alır. Sözügedən ərazilərdə küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.