Bir neçə gün öncə Gəncənin Atatürk prospektində asfalt örtüyünün səhv vurulması ilə bağlı şikayət dərc etmişdik.
Gencexeber.az-ın işıqlandırdığı problem öz həllini tapıb.
Belə ki, ərazidə olan kanalizasiya quyusunun üzəri tam örtülüb və avtomobillərin rahat gediş-gəlişi təmin olunub.