top
Gəncənin deputatı da dilə gəldi: Büdcə öz maraqlarına uyğun xərclənir
23 fevral 2026, 09:35
- ↺ +

Gəncənin deputatı da dilə gəldi: "Büdcə öz maraqlarına uyğun xərclənir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncənin deputatı Müşfiq Cəfərov sosial şəbəkə hesabında Nizami yurdunu Premyer Liqada təmsil edən "Kəpəz" futbol klubunun idarəçiliyində baş verənlərə toxunub.

Gencexeber.az məlumat verir ki, deputat paylaşımında "Kəpəz"in inkişafı üçün Gəncədə dövlətimiz və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən infrastruktur layihələrin demək olar ki, yekunlaşdığını bildirib. Onu da vurğulayıb ki, yalnız əsas stadionun ot örtüyü qalıb, o da yaxın zamanlarda tamamlanacaq və komanda öz oyunlarını doğma şəhərində keçirəcək.

"1 il öncə klubun İdarə Heyəti olaraq sponsor axtarışında idik. Bir təklif gəldi Adil Vəliyev adlı şəxsdən, düzü, tanıdığım birisi deyildi, dedilər Adnan Əhmədzadənin (o zaman dövlətə qarşı iqtisadi xəyanətdə ittiham edilərək DTX tərəfindən həbs olunmamışdı) işlərini aparır. Adil Vəliyevlə "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri bir neçə dəfə görüş keçirdi. Bizim istəyimiz o idi ki, nə olursa olsun, bir tək "Kəpəz" irəli getsin.

Biz HƏ dedik! Klubun rəhbərliyi dəyişdirildi, kölgəyə çəkilən Adil Vəliyev sanki əvvəlcədən hadisələri planlayırmış kimi, nüfuzlu iş adamı Namiq Qədirovu irəli verib onun sədr olmasını istədi. Amma Qədirovun "Kəpəz"də qalması çox çəkmədi. Onun ən yaxın adamları, qohumu Erkin İbrahimov və dostu Fərman Əlizadə Namiq müəllimi plan qurub klubdan uzaqlaşdırdılar. Kluba ən çətin günlərində dəstək olmuş, heç vaxt "Kəpəz"i yarıyolda buraxmayan insanların da komandadan çıxarılması prosesinə start verildi.

Adil Vəliyev özü sədr olub klubu tək idarə etməyə başladı. Hazırda onun özü də "Kəpəz"dən çox-çox kənardadır, kluba diqqət, maliyyə ayırmır, özünün ən etibarlı silahdaşı, "Agrosport"un rəhbəri Fərman bəy ötən mövsümdə klubla əməkdaşlıqda 3 meydançanın xidmət ödənişini 12 min manata etdiyi halda, necə olur ki, indi 2 meydançanın xidməti 24 min manat olur? 

Burdan belə nəticə formalaşır: Erkin İbrahimov – Fərman Əlizadə cütlüyü klubu bərbad şəkildə idarə etməklə büdcəni öz maraqlarına uyğun formada xərcləyiblər. Əgər buna da idarəçilik demək mümkündürsə. Nəticələr, hər gün klubda baş verən olaylar, kənardan idarə edilən bərbad, sahibsiz "KƏPƏZ" mətbuatın, ictimaiyyətin müzakirə mövzusudur…" – paylaşımda qeyd edilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Oxşar xəbərlər