Gəncənin Nizami Gəncəvi prospekti gül-çiçəklə bəzədilib.
Gencexeber.az bildirir ki, müasir dizayn üslubu ilə bəzədilmiş yol ayrıcındakı dairəyə müxtəlif gül-çiçək növləri əkilib.
Görülən yaşıllaşdırma işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Bununla paralel olaraq şəhərin Atatürk prospektində yerləşən iri gövdəli çinar ağaclarının diblərində də güllər əkilib. Aksiya çərçivəsində yeni əkilən və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.