Gəncənin Telman Hüseynov küçəsində (keçmiş Göygöl avtovağzalının yaxınlığında) yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Gencexeber.az-a ünvanlanan şikayətlərə görə, küçədə ciddi çöküntülər yaranıb, yağış suları isə vəziyyəti daha da ağırlaşdırıb.
İddia olunur ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq, problem aradan qaldırılmır.
Şikayətçilərin sözlərinə görə, yağışlı hava şəraiti zamanı küçə daha da keçilməz hala düşür.
Sakinlər aidiyyəti qurumlardan problemin əsaslı şəkildə həll olunmasını, küçəyə asfalt örtüyünün çəkilməsini istəyirlər.