14 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" beynəlxalq mövsümöncəsi hazırlıq turnirində iştirak edir.
Gencexeber.az bildirir ki, Azərbaycan U-14 millisinin heyətində "Telekom Basketbol İdman Klubu"nun gəncəli yetirməsi Hüseyn Fuad oğlu İsmayılzadə də yer alıb.
Milli komandanın turnirlə bağlı səfəri sentyabrın 5-dən 9-dək davam edir.
Yarışda Azərbaycan millisi ilə yanaşı, Türkiyənin Yalova Samata Spor Kulübü, Bursa SAS Spor Kulübü, Anka Yalova Spor Kulübü, Birey Okulları Spor Kulübü, Eskişehir Gelişim Falcons Spor Kulübü və Finalspor Spor Kulübü komandaları da mübarizə aparır.
Turnir Azərbaycan yığmasının mövsümöncəsi hazırlığı çərçivəsində iştirak etdiyi beynəlxalq yarışlardan biridir.