Gəncə Dövlət Universitetinin (GDU) müəlliminə elmi ad verilib.
Gencexeber.az-ın məlumatına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə GDU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Muşkiyeva Aytən Musa qızına fəlsəfə doktoru elmi dərəcəsi verilib.
A.Musayeva Azərbaycan ədəbiyyatı ixtisası üzrə bu ada layiq görülüb.