top
Gəncəli Almaniya çempionu: “Hər döyüşdə Azərbaycanın bayrağını qaldırıram” – ÖZƏL MÜSAHİBƏ
17 aprel 2025, 17:06
- ↺ +

Gəncəli Almaniya çempionu: “Hər döyüşdə Azərbaycanın bayrağını qaldırıram” – ÖZƏL MÜSAHİBƏ

 

 “Mənim üçün ən böyük fəxr odur ki, Almaniyada hər döyüşdə Azərbaycanın bayrağını qaldırıram. Bu, mənim üçün şərəf və qürurdur”.

Bunu Gencexeber.az-a müsahibəsində əslən gəncəli olan, 9 ildir Almaniyada yaşayan 18 yaşlı kikboksçu Rəşad Vəliyev deyib.

Müsahibəni təqdim edirik:

 - Kikboksinqə necə başladınız?

 - Almaniyada atamın dostu, üç qat Avropa çempionu Eltac Hümbətov yeni idman zalı açdı və onun ilk tələbəsi oldum.

- Bu idmana marağınızı yaradan nə oldu?

 - Babam güləşçi olub. Atam da kikboksinqlə məşğul olub. İdmana sevgim qanımdan gəlib.

 - İlk məşq gününü necə xatırlayırsınız? 

-  İdmana getməsəm də, evdə həmişə atamla edirdim, ona görə adi qarşıladım.

- Gündəlik məşq cədvəliniz necədir?

- Həftədə 4 dəfə idman edirik, yarışdan öncə isə hər gün məşq edirik.

- Qidalanma və bərpa proseslərinə necə diqqət yetirirsiniz?

 - Bir idmançı üçün qidalanma yüksək səviyyədə olmalıdır. Mən özüm çox şükür ki, normal qidalanıram.

- İdman əsas fəaliyyət sahənizdir? Gününüzü necə planlayırsınız?

 - Həm işləyirəm, həm də idmanla məşğulam oluram. Bu yöndə atam mənə çox kömək edir və hər iksinə vaxtında çatıram.

 - Ən yadda qalan döyüşünüz hansıdır və niyə?

- 9 döyüşüm olub, onlardan 7-sini nokautla qazanmışam. Bütün döyüşlərimdə yadda qalan fəndlər işlədirəm.

- Rəqib qarşısında qorxu və ya stres hiss etdiyiniz anlar olubmu? Necə öhdəsindən gəlmisiniz?

 - Az da olsa həyəcan olur, amma heç vaxt döyüşməkdən qorxmamışam.

- İndiyə qədər qazandığınız ən böyük uğur nə olub?

 - İki  dəfə WAKO Almaniya çempionu olmuşam. Kyokuşin karate üzrə beynəlxalq turnirin qalibi olmuşam. 2024-ci ildə isə Almaniyada məskunlaşdığım şəhərin ən yaxşı idmançısı adına layiq görülmüşəm.

 - Ən çətin anınız nə vaxt olub və bu vəziyyətdən necə çıxdınız?

 - Bütün döyüşlərdə atam və idmançı dostlarım mənimlə olub və bu mənim üçün çətin olan hər şeyi aradan qaldırıb.

 - Özünüzü motivasiya etmək üçün hansı üsullardan istifadə edirsiniz?

- Yarışlara çox yaxşı hazırlaşıram. Bu, mənim özümə güvənimi artırır. Müəllim də mənə çox kömək edir.

- Tez-tez zədələnirsiniz?

 - Əlim iki dəfə sınıb. Bununla yanaşı ayaq barmaqlarımda da sınıqlar var. Bu, bir idmançı üçün düşünürəm ki, normaldır.

- Gələcəkdə hansı yarışlara qatılmaq istəyirsiniz?

 - Aprelin 25-də WAKO kikboksinq üzrə Almaniya çempionatına qatılacağam və inşallah ki, qələbə qazanacağam.

 - Bu sahəyə yeni başlayanlara nə məsləhət verərdiniz?

 -  Tövsiyələrim budur ki, yeniyetmələr idmanla məşğul olsunlar və Allah hamısına kömək etsin. O imkanları onlara qismət etsin.

 - Kikboksinqin həyatınıza ən böyük təsiri nə olub?

 - Mənim üçün ən böyük fəxr odur ki, Almaniyada hər döyüşəndə Azərbaycanın bayrağını qaldırıram. Bu, mənim üçün şərəf və qürurdur.

 - Yaşadığınız şəhərdə 2024-cü ilin idmançısı adına layiq görülmüsünüz, bu barədə danışardınız.

 - Bəli, yaşadığım Zaltskotten şəhərinin meri tərəfindən mənə dəvət gəldi və o tədbirə qatıldım. 90 namizəd arasında üç nəfər ilin idmançısı adına layiq görüldü. Onlardan biri də mən idim.

 - Almaniyada məşq şəraiti necədir? Azərbaycandakı şəraitlə müqayisə etsəniz, nə deyə bilərsiniz?

 - Burda şərait yüksək səviyyədədir. Müqayisə edə bilmərəm, çünki mən oradan uşaqlıqdan çıxmışam.

- Alman cəmiyyətinə uyğunlaşmaq çətin oldumu?

 - İlk zamanlar çətin oldu. Sonralar get-gedə hər şey normala döndü. Müəllimimiz azərbaycanlıdır. İdmançı dostlarımdan da azərbaycanlılar çoxdur. Zalda olan zaman özümü Almaniyada hiss etmirəm.

- Alman dilini öyrənməkdə çətinlik çəkdinizmi?

 - Uşaq idim. Məktəbə gedəndə dili öyrənmək çətin olmadı. Çünki uşaqların beyni daha təmiz, qavramaları daha güclü olur və bu, mənim üçün asan oldu.

 - İdmançı olaraq oradakı mədəniyyət fərqləri sizi necə təsir etdi?

-  Burada intizama çox önəm verilir və yaşadıqca bunların mədəniyyətini, ciddiliyini qəbullanırsan, bu, çox gözəldir.

- Komanda yoldaşlarınız və məşqçilərlə münasibətləriniz necədir?

-  Müəllim Eltac Hümbətov atamın dostudur. Fürsətdən istifadə edib  ona demək istəyirəm ki, sizinlə fəxr edirəm. Eltac müəllim bizi öz doğması kimi hazırlaşdırır. Bizimlə münasibəti də çox gözəldir.

- Xaricdə idman karyerası qurmaq istəyənlər üçün hansı məsləhətləriniz var?

 - Onun üçün sırf həmin ölkədə yaşamalısan. Amma yaşım az olduğundan tam olaraq karyera qurmaq yolunu izah edə bilmərəm.

Nəzrin Vahid 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Bu gün, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Bu gün, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Bu gün, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Bu gün, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Bu gün, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Bu gün, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Oxşar xəbərlər