Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul planı tam dolub.
Gencexeber.az bildirir ki, bu barədə ADAU məlumat yayıb.
Məlumata əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ilkin və ikinci tur ixtisas seçimlərinin nəticələrinə əsasən, universitet üzrə 2 082 plan yeri tam dolub.