top
Gəncədə yolsuzluq və nəqliyyat problemi – ŞİKAYƏT
09 may 2026, 13:17
- ↺ +

Gəncədə yolsuzluq və nəqliyyat problemi – ŞİKAYƏT

Gəncə şəhərində bir neçə küçənin sakinləri yaşadıqları ərazidə yol və ictimai nəqliyyat probleminin həll olunmamasından narazıdırlar.

Gencexeber.az məlumat verir ki, söhbət Qırmızı Kənd qəsəbəsində yerləşən Hüseyn Hüseynli, Çərkəz Həsənov və Qəmərli küçələrindən gedir. Sakinlərin sözlərinə görə, ərazidə asfalt örtüyü yoxdur. Yağıntılı hava şəraitində küçələrdə iri gölməçələr yaranır, yollar palçığa qərq olur. Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətində ciddi çətinlik yaradır.

Bundan başqa, sakinlər ərazidə ictimai nəqliyyatın işləməməsindən də şikayətçidirlər. Onların bildirdiyinə görə, bu səbəbdən gündəlik gediş-gəlişdə, xüsusilə məktəblilər, yaşlılar və işə gedən sakinlər üçün əlavə problemlər yaranır.

 Şikayətçilər qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, hələlik müsbət nəticə əldə olunmayıb. Sakinlər yolların təmir olunması, həmçinin ictimai nəqliyyatın təşkili istiqamətində tədbir görülməsini istəyirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Gencexeber.az-a bildirilib ki, sözügedən ərazidə yol infrastrukturu qənaətbəxş deyil: "Yol infrastrukturu ictimai nəqliyyat vasitələrinin təhlükəsiz və sərbəst hərəkəti, manevr etməsi üçün imkan verdiyi təqdirdə marşrutla əlaqələndirmə məsələsinə baxıla bilər".

Gəncə Şəhər İcra Hakimiyyəti redaksiyamıza açıqlamasında isə ərazidə yaşayan sakinlərin qəbul edildiyi, onların müraciətlərinin diqqətlə dinlənildiyi bildirilib: "Müraciətlər əsasında aidiyyəti qurumların nümayəndələri tərəfindən əraziyə yerində baxış keçirilmişdir. Aparılan baxışın nəticələrinə uyğun olaraq sakinlərə məlumat verilmişdir ki, Gəncə şəhərində həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri çərçivəsində küçə və prospektlərin mərhələli şəkildə asfaltlanması nəzərdə tutulmuşdur. Növbəti mərhələdə qeyd olunan ərazidə asfalt işləri görüləcəkdir".

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər