Gəncədə velosiped və skuter zolaqlarının kifayət qədər olmaması vətəndaşların narazılığına səbəb olub.
Gencexeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, şəhərdə hər gün velosipeddən istifadə edənlərin sayı artsa da, velosiped və skuter üçün nəzərdə tutulan zolaqlar olduqca azdır.
Sakinlər bildirirlər ki, velosipedçilərin avtomobillərlə eyni yoldan hərəkət etməsi onların həyatı üçün ciddi təhlükə yaradır.
Vətəndaşlar Gəncədə velosiped və skuter zolaqlarının artırılmasın tələb edirlər.