Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillə "Toyota" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində Daşkəsən rayon sakini, 1970-ci il təvəllüdlü Çərkəz Qasımov xəsarət alıb. Yaralı təcili olaraq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.