Gəncə şəhəri, 4-cü mikrorayon, 23 saylı binanın qarşısında yerləşən ağaclardan biri sakinlər üçün təhlükə saçır.
Məsələ ilə Gencexeber.az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, sözügedən ağac əyilib, elektrik naqillərinin üzərinə aşmaq üzrədir.
“Yəni güclü külək zamanı ağac sınıb naqillərin üzərinə aşarsa, ciddi fəsadlara səbəb ola bilər. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, hələ də heç bir tədbir görülməyib. Tez bir zamanda təhlükənin aradan qaldırılmasını tələb edirik”, - sakinlər bildiriblər.
