top
Gəncədə meyxanaçı həbs edildi
25 aprel 2025, 16:46
- ↺ +

Gəncədə meyxanaçı həbs edildi

 

Gəncə şəhərində meyxanaçı həbs edilib.

Teleqraf.аz xəbər verir ki, 1992-ci il təvəllüdlü "Fərid Gəncəli" ləqəbi ilə tanınan Fərid Salahov aprelin 22-də Gəncə şəhəri ərazisində 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gəncə şəhər Narkoloji Dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb.

O, ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub, polisin qanuni tələblərinə tabe olmayıb.

Fəridin barəsində İnzibati Xətalar Məcəlləsinin 206 (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən  Fərid Salahov özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, musiqiçidir, meyxana deməklə məşğuldur:

“Şəkər xəstəsiyəm, lakin əlilliyim yoxdur. Faktiki evli olsam da, nikahımı rəsmləşdirməmişəm. 2-3 il ildir narkotik vasitədən istifadə edirəm. Məclislərdə meyxana deyirəm, bəzi hallarda uyğun olmayan sözlər işlədirəm. Buna görə peşmanam. Xeyli vaxtdır narkotik vasitə marixuana qəbul edirəm. Narkotikə görə polis tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq sözlər işlətmişəm, polisin tələbinə tabe olmamışam”.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Oxşar xəbərlər