top
Gəncədə mərhum professorun əməyi ƏBƏDİLƏŞDİRİLDİ
Bu gün, 10:55
- +

Gəncədə mərhum professorun əməyi ƏBƏDİLƏŞDİRİLDİ

Azərbaycan Texnologiya Universitetinin (ATU) kafedra filialı mərhum professor Cəmil Səfərovun adını daşıyacaq.

Gencexeber.az məlumat verir ki, ATU-nun Kimya və metallurgiya kafedrasının "Azəralüminium" zavodunda yerləşən filialı mərhum professor Cəmil Səfərovun adını daşıyacaq. Bununla bağlı qərar ATU Elmi Şurasının keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Kimya və metallurgiya kafedrasının "Azəralüminium" zavodunda yerləşən filialı 2019-cu ildə mərhum professor Cəmil Səfərovun təşəbbüsü ilə yaradılıb. Filial universitet-sənaye əməkdaşlığının inkişafı, tələbələrin istehsalat mühiti ilə yaxından tanış olması və metallurgiya sahəsi üzrə praktiki biliklər əldə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Professor Cəmil Səfərov ATU-nun Kimya və metallurgiya kafedrasının professoru olmaqla yanaşı, "Azəralüminium" Gəncə İstehsalat Kompleksinin direktoru vəzifəsində çalışıb. O, geniş elmi-pedaqoji təcrübəsi ilə metallurgiya sənayesi üçün peşəkar kadr hazırlığına, eləcə də ATU ilə "Azəralüminium" arasında əməkdaşlığın qurulmasına və universitet-sənaye əlaqələri çərçivəsində bir sıra layihələrin həyata keçirilməsinə mühüm töhfələr verib.

Cəmil Səfərov 2026-cı il yanvarın 8-də qəfil vəfat edib. Onun elm və sənaye arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti, eləcə də universitetin metallurgiya sahəsində kadr hazırlığına verdiyi töhfələr daim ehtiramla xatırlanacaq.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə poçt şöbələri bağlanmaqda davam edir - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 18:05

Gəncədə binaların həyəti baxımsız qalıb

Bütün xəbərlər
Dünən, 18:00

15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 877-yə düşüb

Bütün xəbərlər
Dünən, 17:09

Gəncədə abadlıq işlərinə 4,69 milyon manat xərclənəcək - TENDER

Bütün xəbərlər
Dünən, 16:30

Bəzi müəllimlər qızları ərə getməyə çağırır - Deputatdan İDDİA

Bütün xəbərlər
Dünən, 15:47

"Yeni tədris ilində 48 məktəb distant təhsilə keçəcək" - Eşqi Bağırov

Bütün xəbərlər
Dünən, 15:05

Gəncədə şikayət edilən küçə ASFALTLANDI

Bütün xəbərlər
Dünən, 14:32

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Dünən, 14:00

"Gəncə" BK məşqçisi ilə müqavilənin müddətini uzadıb

Bütün xəbərlər
Dünən, 12:23

Gəncədə maşınlar toqquşdu, sürücülər yaralandı

Bütün xəbərlər
Dünən, 12:08

Gəncədə ÖDƏNİŞSİZ konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 11:16

Qız bilib "TikTok"da danışdı, keçmiş arvadının qardaşı çıxdı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədə bağçada bit-birə problemi: "Uşağınızı saat 15:30-da aparın!"

Bütün xəbərlər
Dünən, 10:07

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Dünən, 09:05

Gəncədə səhərlər su verilən kimi "fəvvarə şousu" başlayır

Bütün xəbərlər
Dünən, 09:00

Türkiyə - Azərbaycan Gənclik Mübadilə Proqramı başlayır

Bütün xəbərlər
10 sentyabr 2026, 18:00

Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib

Bütün xəbərlər
10 sentyabr 2026, 17:09

"Kəpəz" – "Qəbələ" matçına 3500 bilet satılıb

Bütün xəbərlər
10 sentyabr 2026, 15:27

Gəncədə sakinlər məhəllənin acınacaqlı vəziyyətindən şikayətlənir

Bütün xəbərlər
10 sentyabr 2026, 14:48

Göygöllü məmurun hərraca çıxarılan avtomobillərini öz oğlu alıbmış…

Bütün xəbərlər
10 sentyabr 2026, 13:58

Sadıllı qəsəbəsində növbəti təmizlik aksiyası keçirilib

Bütün xəbərlər
10 sentyabr 2026, 13:11

Şimşək çaxacaq, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 sentyabr 2026, 12:10

Gəncə avtovağzalında ön yerlərə bilet satmadılar, üstəlik ələ saldılar – İDDİA

Oxşar xəbərlər