top
Gəncədə məktəblinin xəsarət alması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
23 aprel 2025, 17:32
- ↺ +

Gəncədə məktəblinin xəsarət alması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

 

Gəncədə iki şagird arasında baş verən insident zamanı onlardan birinin xəsarət alması ilə əlaqədar araşdırma aparılır.

Gencexeber.az-a bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən açıqlama verilib.

Bildirilib ki, insidentlə bağlı aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:

"Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin 4-cü sinif şagirdləri arasında mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib.

Həm təhsil müəssisəsinin psixoloqu, həm də idarənin “Psixoloqların dəstək qrupu" tərəfindən məktəbdə şagirdlərlə söhbət aparılıb

Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".


16:06

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı açıqlama verib.

Qurum rəsmisi Gencexeber.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, ekspertiza təyin olunub:

“Məsələyə hüquqi qiymət veriləcək”.

15:07

Gəncə şəhər İ.Nəsimi adına 44 saylı məktəb-lisey kompleksində dördüncü sinif şagirdləri arasında insident yaşanıb və nəticədə şagirdlərdən biri xəsarət alıb.

Gencexeber.az-ın məlumatına əsasən, xəsarət aldığı iddia olunan Hüseyn Hüseynovun atası Ruslan Hüseynovun sözlərinə görə, oğlu ayaqyoluna gedərkən bir neçə uşaq tərəfindən döyülüb:

“Övladımın qolundan tutaraq zorla ayaqyoluna salıblar. Oğlumun qarın nahiyəsinə və dizinə zərbələr endiriblər. Onlardan üzr istənməsini tələb ediblər. Uşaqlardan biri isə ayağını çirkli suya vuraraq oğlumun ayaqyolundan çıxmaq istəməsi qarşılığında ayağını yalamasını tələb edib. Bu sırada xadimə tualetə girib və uşaqlar oradan uzaqlaşıblar. Oğlum dizi göyərib, ağrıları var."

Ruslan Hüseynov onu da əlavə edib ki, insidentlə bağlı  44 nömrəli məktəb-lisey kompleksinin direktoru Gülşən Məmmədəliyevaya müraciət edib:

“Direktor uşaqların valideynləri ilə söhbət edib, məsələnin üzr istənilməsi ilə bağlanmalı olduğunu deyib”.

R.Hüseynov isə həmin uşaqların məktəbdən kənarlaşdırılmasını istəyir:

“Çünki həmin şagirdlər oğlumun şərəf və ləyaqətini alçaldıblar”.

Qeyd edək ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna sorğu ünvanlanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Oxşar xəbərlər