top
Gəncədə istifadəyə veriləcək SÜNİ GÖL tullantılar içindədir
20 may 2026, 13:15
- ↺ +

Gəncədə istifadəyə veriləcək SÜNİ GÖL tullantılar içindədir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə Heydər Əliyev Park-Kompleksi ərazisində yerləşən və yenidən istifadəyə verilməsi gözlənilən süni gölün ətrafındakı antisanitar vəziyyət diqqət çəkir.

Gencexeber.az-a daxil olan görüntülərə əsasən, gölün ətrafında plastik butulkalar, sellofan torbalar və müxtəlif məişət tullantıları müşahidə edilir. Ərazidəki yaşıllıqlara da uzun müddətdir qulluq göstərilmədiyi görünür.

Sakinlərin sözlərinə görə, yaranan  vəziyyət həm parkın estetik görünüşünə xələl gətirir, həm də ətraf mühitə mənfi təsir göstərir. Halbuki Heydər Əliyev Park-Kompleksi gəıncəlilərin və qonaqların ən çox üz tutduğu istirahət məkanlarından biri hesab olunur. 

Vətəndaşlar aidiyyəti qurumlardan göl ətrafının və yaşıllıq sahələrinin təmizlənməsi, tullantıların yığışdırılması və parkda mütəmadi təmizlik işlərinin aparılması üçün müvafiq tədbirlər görülməsini xahiş edirlər.

Qeyd edək ki, 6 hektar əraziyə malik süni göl 2023-cü ilin yaz aylarında qonşu rayonlardan gələn sel suları nəticəsində daşaraq ətraf yaşayış sahələri üçün təhlükə yaratmışdı. Dibi lil və palçıqla dolan gölün suyu həmin vaxt aidiyyəti qurumlar tərəfindən tamamilə çəkilmişdi.

2024-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin sifarişi əsasında ərazidə təmir-bərpa işləri həyata keçirilib. İşlər çərçivəsində 380 metr uzunluğunda suötürücü boru çəkilib, həmçinin gölün yamacları beton tavalarla üzlənib. Həmin ilin dekabr ayında isə obyektin təhvil verilməsi gözlənilirdi. Eyni zamanda əraziyə müxtəlif balıq növlərinin buraxılmasının planlaşdırıldığı bildirilmişdi.

Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, artıq bu günlərdə gölə yenidən suyun verilməsinə başlanılıb. Bildirilir ki, növbəti həftənin ortalarına qədər göl tamamilə doldurulacaq və ərazi vətəndaşların asudə vaxt keçirməsi üçün istifadəyə veriləcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Oxşar xəbərlər