Gəncənin ictimai nəqliyyatında bədbəxt hadisə baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ş.Tağızadə və 2009-cu il təvəllüdlü Xoşqədəm Nəsibova bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan dayanacaqda düşmək istəyən zaman yıxılaraq xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.