top
GƏNCƏDƏ DƏHŞƏT: “Əsgər qonaqlığı”na gəldi, 9 yaşlı qızı zorladı
27 yanvar 2025, 16:53
- ↺ +

GƏNCƏDƏ DƏHŞƏT: “Əsgər qonaqlığı”na gəldi, 9 yaşlı qızı zorladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Gəncədə 21 yaşlı oğlan azyaşlı qızı zorlayıb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilib.

Belə ki, təqsirləndirilən Əhməd Qafarov (ad şərtidir) 2004-cü ildə Samux rayonunda doğulub. 2022-ci ilin oktyabrın 10-da dostu Əli Səfərovun (ad şərtidir) evində təşkil olunan “əsgər qonaqlığı”na gedib. Həmin evin həyətində oynayan, 2016-cı il təvəllüdlü Nigar Balayevanı (ad şərtidir) görüb. Azyaşlını gördükdən sonra cinsi istəyi yüksəlib və onu zorlamaq qərarına gəlib. Cinayətkar niyyətini həyata keçirmək üçün gəl gedək səninlə gödəkçəmi evdən götürək gələk deyib. Beləliklə, onu aldadaraq əlindən tutub evdən uzaqlaşdırıb. Əlindən çıxmaq istəyən Nigarı buraxmayıb. Kənd arasında “kanalın üstü” adlanan yerə aparıb, orada qızın əynində olan üst və alt paltarlarını çıxarıb. Nəticədə cinsi tələbatı ödəmək üçün azyaşlı ilə həm təbii, həm də qeyri-təbii yolla münasibətdə olub.

Daha sonra törətdiyi cinayətin üstünün açılmaması məqsədi ilə uşağı kanalla axan suyun yaxınlığına gətirib. Bu barədə ata və anasına deyəcəyi təqdirdə onu suya ataraq öldürəcəyini deyib.

Əhməd Qafarov Azərbaycan Respublikası CM-nin 134, 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Əhməd Qafarov ittihamlar üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib:

“Hadisəni mən törətməmişəm. Buna görə də özümü təqsirli bilmirəm. Hadisə günü “əsgər qonaqlığı”nda iştirak etdikdən sonra Fəxrəddinlə birlikdə şəhərə getdik. Şəhərdən geri qayıtdıqdan sonra “Oba” marketin yan küçəsində siqaret çəkdiyim zaman Ruslan adlı şəxs məni tutaraq döyüb, polis şöbəsinə apardı”.

Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş Nigar Balayeva ifadə verib:

“Hadisə günü babamgildə idim. Əhməd məni yanına çağırıb, “gödəkcəmi bir nəfər sizin evin qabağına aparıb. Sizin eviniz haradadır?” dedi. Mən də ona evin yolunu göstərdim. Bir az getdikdən sonra o məni razılığım olmadan yerə uzandıraraq çox pis şey etdi. Anlamadım, amma çox ağrıdırdı. Ağrıdan ağlayırdım. Daha sonra baş verən hadisə ilə bağlı kiməsə söyləsəm məni kanala atacağını dedi”.

Bundan başqa məhkəmədə Nigar Balayevanın anası da olanları danışıb:

“Həmin gün başım qonaqlara qarışdı. Anam gələrək Nigarın ortalıqda olmadığını dedi. Düşündüm ki, haradasa başı oyuna qarışıb. Bir müddət keçəndən sonra yenə tapa bilmədik. Qonaqlıqdakı insanlarla birlikdə Nigarı axtarmağa çıxdıq. Yolda Nigarın ağlaya-ağlaya gəldiyini gördüm. Onu evə aparıb nələr olduğunu soruşanda paltarlarına qan bulaşdığını, üst geyiminin isə tərs geyinildiyini gördüm. Bunun səbəbini qızımdan soruşanda bir əminin etdiyini dedi. Sonra da hadisəni araşdıranda edənin Əhməd olduğu məlum oldu”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Natiq Qafarov 10 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Bu gün, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Bu gün, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Bu gün, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Bu gün, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Bu gün, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Bu gün, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Bu gün, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Bu gün, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
Dünən, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
Dünən, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Dünən, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
Dünən, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Dünən, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Dünən, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Dünən, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Dünən, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
13 oktyabr 2026, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Oxşar xəbərlər