Gəncədə bir neçə ünvanda qəzalı vəziyyətdə olan dirəklər sakinlərin narahatlığına səbəb olub.
Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, 20 nömrəli məktəbin arxasında yüksək gərginlikli elektrik xəttinin dirəyi əyilib.
Oxşar hal Əhvədi Marağalı küçəsində də müşahidə olunur. Sakinlərin bildirdiyinə görə, burada köhnə və çürüməkdə olan dirək təhlükəli vəziyyətdədir. Dirəyin əyilməsi, üzərindəki naqillərin isə sallanması ərazidən keçən insanlar üçün ciddi risk yaradır. Vətəndaşlar güclü külək və ya yağış zamanı dirəyin aşa biləcəyindən narahatdırlar.
Bundan başqa, Mustafa Sübhi küçəsində ağacın qırılaraq yolun ortasında qaldığı bildirilir.
Sakinlər aidiyyəti qurumlardan məsələyə nəzarət etməyi və təhlükənin aradan qaldırılmasını xahiş edirlər.