Gəncə şəhərinin Heydər Əliyev prospektində avtomobil yolunun asfalt örtüyündə yaranan dərin çuxur bir ildən çoxdur ki, təmir olunmur.
Gencexeber.az məlumat verir ki, söhbət eni təxminən 10-15 santimetr olan və piyada keçidi boyunca başlayaraq yolun hərəkət hissəsini eninə kəsən xəndəkdən gedir.
Sözügedən problem sürücülərin narazılığına və hərəkət zamanı narahatlıq yaşamasına səbəb olur. Xüsusilə avtomobillərin çuxurun üzərindən keçməsi nəqliyyat vasitələrinin asqı sisteminə zərər vurur.
Vətəndaşlar yolun həmin hissəsində təmir işlərinin aparılmasını və problemin aradan qaldırılmasını istəyirlər.