Gəncədə bəzi yaşayış binalarında su təchizatı ilə bağlı problem yaşandığı bildirilir.
Gencexeber.az-a daxil olan çoxsaylı şikayətlərə görə, sözügedən çətinliklərdən biri də Gəncənin 3-cü mikrorayonunda, 24 saylı binada yaşanır. Çoxmənzilli tikiliyə su gün ərzində yalnız bir dəfə, səhər saatlarında verilir. Bu isə xüsusilə işdə olan və axşam saatlarında evə qayıdan sakinlər üçün ciddi çətinlik yaradır.
Sakinlər bildirirlər ki, bəzi sakinlərin su çəninin aztutumlu olması xeyli problemlərə yol açır. Onlar ehtiyat toplamağa çalışsalar da, axşam saatlarında su çatışmazlığı ilə üzləşirlər.
Sakinlər aidiyyəti qurumlardan binada su təchizatı ilə bağlı yaranmış problemin araşdırılmasını və suyun axşam saatlarında da verilməsinin təmin olunmasını xahiş edirlər.