top
Gəncədə baxımsız halda qalan 149 illik Qızılhacılı məscidi…
Foto
28 avqust 2026, 17:30
- ↺ +

Gəncədə baxımsız halda qalan 149 illik Qızılhacılı məscidi…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncənin qədim Qızılhacılı məhəlləsində yerləşən, 149 illik tarixə malik Qızılhacılı məscidi uzun müddətdir baxımsız vəziyyətdə qalır.

Gencexeber.az məlumat verir ki, məscid şəhərin Təbriz küçəsində yerləşir. Tikili məhəllə sakinlərinin vəsaiti hesabına 1877-ci ildə inşa edilib. Bu tarix bir zamanlar məscidin üzərində yerləşən və ərəbcə yazılmış kitabədə də qeyd olunub.

El arasında Şabanlı məscidi kimi də tanınan tikilinin bu adla adlandırılmasının məhəllədə yaşayan tayfa, onun başçısı və ya məscidin tikintisinə təşəbbüs göstərən şəxsin adı ilə bağlı olduğu ehtimal edilir.

Tarixi məlumatlara görə, 1801-1802-ci illərdə Borçalı, Qazax və Şəmşəddil mahalları ruslar tərəfindən işğal edildikdən sonra həmin ərazilərin bir sıra sakinləri Gəncəyə köç ediblər. Hökmdar Cavad Xan onların şəhərin Böyük Bağman bölgəsində yerləşməsinə şərait yaradıb. Borçalıdan gələn əhali burada Qızılhacılı məhəlləsini salıb və sonradan özlərinə məscid inşa edib.

Kərpicdən tikilən məscidin günbəzi üçkünc formalı dəmir örtüklə bağlanıb. Günbəzin üzərindəki kuzə və aypara isə 1980-ci ildə aparılan bərpa işləri zamanı yerləşdirilib. Tikilinin memarlıq xüsusiyyətləri arasında qapının yan tərəfində yerləşən ikitağlı oyuqlar və onların formasını təkrarlayan pəncərə də diqqət çəkir.

Məscidin daxilində hazırda mehrab yoxdur. Ehtimal edilir ki, mehrab Sovet dövründə dağıdılıb. Həmin illərdə məscid dini təyinatından uzaqlaşdırılaraq ateizm klubu və anbar kimi istifadə olunub. Bir müddət isə binada diş poliklinikası fəaliyyət göstərib.

Hazırda burada Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı filialı fəaliyyət göstərir. Lakin tarixi tikilidə uzun müddətdir əsaslı təmir-bərpa işləri aparılmayıb. 

Məhəllə sakinləri tarixi və dini əhəmiyyət daşıyan Qızılhacılı məscidinin təmir olunmasına, həmçinin ətraf ərazinin abadlaşdırılmasına ehtiyac olduğunu deyirlər. Onlar məscidin mövcud baxımsız vəziyyətinin aradan qaldırılması üçün aidiyyəti qurumların tədbir görməsini istəyirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Oxşar xəbərlər