Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gencexeber.az məlumat verir ki, şəhərin Nəriman Nərimanov prospektində "Kia" markalı minik avtomobili ilə "BakuBus"a məxsus sərnişin avtobusu toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.