Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, şəhərin Mikayıl Müşfiq küçəsində "Nissan" markalı avtomobil motosiklet idarə edən 2002-ci il təvəllüdlü Elmin Əsədovu vurub.
O, müxtəlif xəsarətlərlə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun müalicəsi davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
![]()