top
Gəncə sakinləri aidiyyəti qurumlardan təcili tədbirlər gözləyir
Video
30 oktyabr 2025, 16:24
- ↺ +

Gəncə sakinləri aidiyyəti qurumlardan təcili tədbirlər gözləyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncənin müxtəlif ərazilərində infrastruktur problemlər qalmaqdadır. 

Gencexeber.az-a daxil olan şikayətlərə əsasən, şəhərin müxtəlif qəsəbə və küçələrində işıqlandırma, yol və səkilərlə bağlı ciddi problemlər mövcuddur.

Məsələn, Sevinc qəsəbəsində 11 nömrəli avtobus marşrutunun üzərində olan yolda işıqlandırma sistemi ümumiyyətlə yoxdur.

"Axşam saatlarında göz-gözü görmür. Piyadaların maşınlar tərəfindən vurulması ehtimalı çox böyükdür" – Sakin bildirib.

Əlavə edilib ki, asfalt örtüyü çəkilsə də, səkilər bərpa olunmayıb, hər yerə torpaq tökülüb və piyadalar məcburən avtomobil yolundan istifadə edirlər.

Həmçinin, Sadıllı qəsəbəsində yeləşən 17 nömrəli orta məktəbin qarşısında və ətrafında səkilər bərbad vəziyyətdədir. Burada piyadaların, xüsusi ilə şagirdlərin təhlükəsiz hərəkəti üçün şərait yaradılmayıb. Ərazidə avtomobil sıxlığı da vəziyyəti daha da təhlükəli edir. Bordürlər düzülməsinə baxmayaraq, normal qaydada bərkidilməsi təmin edilməyib. Sakinlər qeyd edir ki, aidiyyəti üzrə dəfələrlə müraciət etsələr də, "baxan yoxdur".

Bundan başqa, şəhərin Təbriz küçəsində kommunal xidmətlər tərəfindən aparılan qazıntı işlərindən sonra 8 aydır yol bərpa olunmayıb. Sürücülər bildirir ki, avtomobillərə ciddi ziyan dəyir.  

Natəvan qəsəbəsində, 4 nömrəli marşrut xəttinin son dayanacağına aparan yolun ətrafında yaşayan vətəndaşlar isə şikayət edirlər ki, bütün ətraf küçələr asfaltlansa da, məhz sözügedən yol bərbad vəziyyətdə qalıb: "Toz-torpaqdan evdə oturmaq olmur, həm biz, həm də sürücülər - bezmişik".

Daha bir "maraqlı" hal Şah İsmayıl Xətai prospekti ilə Vaqif küçəsinin kəsişməsində, Gəncə Şəhər Prokurorluğunun inzibati binasının yaxınlığında müşahidə edilir. Orada vətəndaşlardan biri şəxsi torpaqlarından keçid yolu verərək insanların məktəbə, işə və alış-verişə rahat getməsini təmin edib. Lakin hazırda həmin yol zibilliyə çevrilib, milçək və pis qoxu problemi yaranıb.

Sakinlər Gəncə Şəhər İcra Hakimiyyətindən və müvafiq kommunal xidmətlərdən bu problemlərin tezliklə həllini tələb edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Oxşar xəbərlər