top
Gəncə sakini: Evimi satıb işçilərin pulunu verdim, kirayələrdə bir qəpiksizəm...
Foto
10 may 2026, 09:14
- +

Gəncə sakini: "Evimi satıb işçilərin pulunu verdim, kirayələrdə bir qəpiksizəm..."

"Doqquz ildir gördüyüm işin qarşılığını ala bilmirəm, "Aqrar-Tikinti" şirkəti məni elə vəziyyətə saldı ki, cibimdə bir qəpiyim də  yoxdur".

Bu şikayətlə qafqazinfo.аz-a Gəncə şəhəri, Xaqani küçəsi 33-də yaşayan Rəsul Həsənov müraciət edib.

O bildirib ki, "Aqrar-Tikinti" şirkətinin tərkibində fəaliyyət göstərən "R Servis" şirkəti onunla əməkdaşlıq edərək Gəncə şəhərində görüləcək abadlıq işlərinə cəlb edib: "VÖEN əsasında fəaliyyət göstərərək yaratdığım briqada ilə Gəncə şəhərində tamet döşənməsi işlərini görmüşük. Mənimlə birgə çalışan 25 işçi olub. Biz onlarla 15 avqust 2016-cı il tarixdə Gəncə şəhərində görüləcək abadlıq işləri ilə əlaqədar müqavilə bağladıq. Razılaşmaya əsasən, layihə çərçivəsində istifadə olunacaq tikinti materialları Yevlax rayonundakı zavoddan təmin edilib".

Şikayətçinin sözlərinə görə, o, bir kvadratmetri 10 manat olmaqla ümumilikdə 7000 kvadratmetr (70 min manat dəyərində) tamet alaraq Gəncəyə gətirib: "Bundan əlavə materialların daşınması üçün 16 min manat xərc çəkilib. Ancaq bu şirkətlər razılaşmaya əməl etməyərək nə materialın, nə də daşınma xərclərinin pulunu ödəyib. Həmin tametləri Gəncə şəhərində səkilərə və yollara mənim işçilərimə döşətdirdilər. 25 fəhlənin əməyinin qarşılığı olan 29 min 345 manat da verilmədi. Beləliklə, ümumi zərər 115 min 345 manat təşkil edir. İşlədiyimiz vaxtın bütün fakturaları da var, sübutlar mövcuddur. Evimi satıb işçilərin pulunu verdim, indi özüm kirayələrdə bir qəpiksizəm..."

R.Həsənov qeyd edib ki, dəfələrlə qarşı tərəfə müraciət etsə də, problem həll olunmayıb: "Aqrar Tikinti" şirkətinin Gəncə filialının müdiri Maqsud mənə deyir ki, "Aqrar Tikinti" şirkətinin sahibi pulu verməlidir ki, ödənişlər edilsin. Mən isə onun qəbuluna düşə bilmirəm. İllərdir müraciət etmədiyim qurum qalmayıb. Məhkəməyə də müraciət etmişdik. İllərdir əziyyət çəkirəm, dələduzluq etdilər və bunu düzəltmədilər".

İddialarla bağlı qarşı tərəflə - "Aqrar Tikinti" şirkətinin Gəncə filialının müdiri Maqsud Gülməmmədovla əlaqə saxladıq. Lakin o bildirdi ki, Rəsul Həsənov adlı şəxsi tanımır: "Mən artıq 7 ildir təqaüdə çıxmışam. Heç bilmirəm nədən, kimdən bəhs edirsiniz. Biz elə bir işçi ilə çalışmamışıq".

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər