Sosial şəbəkələrdə "Kəpəz"in sabiq futbolçusu Faiq Cabbarovun 1990-ci illərdə komandası haqqında etdiyi çıxış gündəm olub.
Gencexeber.az məlumat verir ki, görüntülərdə F. Cabbarov komandanın maddi imkanları aşağı olsa da, gəncəlilər üçün oyuna çıxdıqlarını deyib.
Komandanın imkanı yoxdur, amma o qədər ürəkli komandayıq ki, Gəncə və Gəncə camaatı üçün oyuna çıxırıq. Bu, bütün komandalara dərs olmalıdır. Oynayın, pul axtarmayın", - deyə tanınmış futbolçu çıxış edib.
Qeyd edək ki, Faiq Cabbarov 1990-cı illər Azərbaycan futbolunun və Gəncənin "Kəpəz" klubunun əfsanəvi müdafiəçilərindən biri olub.