top
Gedişhaqqı artıb, amma kondisionerlər işləmir? – Gəncəlilər narazıdır
23 iyun 2026, 16:38
- ↺ +

Gedişhaqqı artıb, amma kondisionerlər işləmir? – Gəncəlilər narazıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə fəaliyyət göstərən 8 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı sərnişinlər narazılıqlarını dilə gətirirlər.

Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, isti hava şəraitinə baxmayaraq, marşrut xəttində istismar olunan avtobusların əksəriyyətində kondisioner sistemləri işlədilmir. Sərnişinlər bildirirlər ki, gün ərzində temperaturun yüksək olduğu saatlarda avtobuslarda hərəkət etmək çətinləşir və bu da xüsusilə yaşlı insanlar, uşaqlar və sağlamlıq problemi olan şəxslər üçün əlavə narahatlıq yaradır.

Onların iddiasına görə, "Azər-Avtonəqliyyat" MMC-yə məxsus 8 nömrəli marşrut xəttində xidmət göstərən avtobuslarda kondisioner sistemləri qəsdən istifadəyə verilmir. Sərnişinlər hesab edirlər ki, bu vəziyyət ictimai nəqliyyatda xidmət keyfiyyətinə mənfi təsir göstərir.

Vətəndaşlar yay mövsümündə sərnişinlərin rahatlığının təmin olunması üçün avtobuslarda kondisionerlərin işlək vəziyyətə gətirilməsini və nəzarətin gücləndirilməsini istəyirlər.

Məsələ ilə bağlı redaksiyamız tərəfindən "Azər-Avtonəqliyyat" MMC ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Gəncə şəhərində fəaliyyət göstərən 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda da analoji problemlə bağlı sərnişin şikayətləri səsləndirilmişdi. Həmin müraciətlərdə də kondisioner sistemlərinin işləmədiyi və bunun sərnişinlərin narazılığına səbəb olduğu bildirilirdi.

Qeyd edək ki, Gəncədə fəaliyyət göstərən və nağdsız ödəniş sistemi ilə təhciz edilən "BakuBus" MMC-yə, eləcə də 2 və 8 nömrəli marşrut xətlərinə məxsus avtobuslarda gedişhaqqı 60 qəpik təşkil edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Oxşar xəbərlər