Gəncə Dövlət Universiteti yarışda iştirak edib. Bu haqda 5 sentyabr tarixində universitetə istinadən xəbər veririk.
“2023 Enactus Azərbaycan” milli yarışının yarımfinal mərhələsi başa çatıb. Yarış Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, “Enactus Azərbaycan” və BP Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Burada mübarizə aparan GDU-nun komandası müsabiqənin yarımfinal mərhələsinin qalibi olub.
Qeyd edək ki, “Enactus” dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Onun məqsədi gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaratmaq və azad sahibkarlığı təbliğ etməkdir.