Gəncədə yaz imtahan sessiyasında “Açıq qapı” günü keçirilib. Bu haqda 20 iyun tarixində Kəpəz TV-yə istinadən məlumat veririk.
Gəncə Dövlət Universitetində keçirilən tədbirdə valideynlər, pedaqoji heyət, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.
4 minə yaxın tələbənin iştirak etdiyi prosesdə imtahan otaqlarında yaradılan şəraitlə tanışlıq olub, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi müşahidə edilib.
Müşahidəçiləri maraqlandıran suallar pedaqoji heyət tərəfindən cavablandırılıb.