Ötən gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.
Gencexeber.az bildirir ki, mərasim zamanı ölkə başçısı bir qrup idmançını və idman mütəxəssisini təltif edib.
Təltif olunanlar arasında Gəncə-Daşkəsən Region Gənclər və İdman idarəsinin İnzibati Təşkilat sektorunun baş mütəxəssisi Zərqələm Abbasova da var. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.