Gəncənin Dədə Qorqud və Rəfiqə Əliyeva küçələrinin kəsişməsində işıqfor bir həftədir işləmir.
Gencexeber.az məlumat verir ki, Dədə Qorqud və Rəfiqə Əliyeva küçələrinin kəsişməsində bir həftədir ki, işıqfor işləmir. Bu hal sürücülər və piyadaların ciddi narazılığına səbəb olub. Nəqliyyatın sıx hərəkəti ilə seçilən bu ərazidə mümkün qəzaların yaranma ehtimalı xeyli artıb. Həmçinin piyadalar yolu keçmək üçün uzun müddət gözləməli olurlar.
Sakinlər aidiyyəti qurumlardan problemin yaxın zamanda həll olunmasını tələb edirlər.