Gəncədə avtomobil yolunun təmir-bərpası davam edir.
Gencexeber.az məlumat verir ki, Şota Rustaveli küçəsində asfalt örtüyünün yenilənməsi üzrə işlər görülür. Aidiyyəti qurumun əməkdaşları artıq bir neçə gündür çalışırlar.
Müvafiq texnika vasitəsi ilə təxminən bir kilometr məsafədə yeni asfalt salındıqdan sonra avtomobillərin hərəkəti bərpa ediləcək. Əlavə olaraq yolların kənarında yeni bordürlər də düzülüb.