top
Gəncəli sənətkar: “Müəllimlik etsəm, rəssam kimi irəli gedə bilməyəcəm” - ÖZƏL MÜSAHİBƏ
01 mart 2025, 16:31
- ↺ +

Gəncəli sənətkar: “Müəllimlik etsəm, rəssam kimi irəli gedə bilməyəcəm” - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Gencexeber.az-ın bugünkü müsahibi rəssam Davud Bayramovdur.

Müsahibəni təqdim edirik:

- Davud bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1986-cı ilin dekabrın 2-də Gəncə şəhərində anadan olmuşam.

- Rəssam olmaq qərarını necə verdiniz və bu yolda ilk addımlarınızı necə atdınız?

- Uşaqlıqdan rəssamlığa böyük marağım olub. Kitablarda olan fotolara baxıb rəsm çəkirdim. Rəssam Füzuli müəllimin yanına rəsm işləri aparırdım və ondan məsləhətlər alırdım. Kitablardan mütaliə edib, öz üzərimdə çalışırdım. İnternet olandan sonra başladım onlayn dərs almağa.

- Ən çox hansı texnika və ya stilə üstünlük verirsiniz?

- Əsasən kətan üzərində yağlı boyadan istifadə edirəm. Klassik, realizm, hipperrealiz üsluba daha çox üstünlük verirəm.

- Əsərlərinizdə daha çox hansı mövzulara yer verirsiniz?

- Hər mövzuda işlər işləmişəm. Çoxu natürmort olub. Portret janrı mənə yaxındır. Hazırda portret janrına üstünlük verirəm.

- Bir əsər yaratma prosesi necə gedir? Əsərin yaradılmasına başlamazdan əvvəl hansı addımları atırsınız və bu prosesin hansı hissəsi sizə ən çox həyəcan verir?

- Bir işi işləmək üçün əvvəl beynimdə düşünürəm necə edim ki, maraqlı bir iş olsun. Kətana eskizi edib, boya ilə başlayıram mərhələ-mərhələ kətanı doldurmağa. Proses 4-5 mərhələdən keçir, 4-5 qat boya nazik, bir-birinin üzərinə qoyulur. Hər mərhələdən sonra 3 gün qurumalıdır. Bir portret 15-30 gün, bəzən daha çox ərzində işlənilir.

İşdən zövq alıram. Həyəcan hər dəqiqə olmur. Həyəcan işi bitirəndən sonra yaranır. Rəsmə baxıb, adam vahimələnir ki, bunu insan edib? Onda qərar verirəm ki, iş tamamlanib. İşə baxıb həyacanlanmadınsa, deməli hələ də işləmək lazımdır.

- Əsərlərinizdə başqa mədəniyyətlərin, tarixlərin və ya dövrlərin izləri varmı?

- Gəncəyə aid işlərim var. Cavad xan türbəsi, Şah Abbas məscidi, natürmortlarda Gəncə xalçası işləmişəm. Milli qablardan istifadə etmişəm.

- Bir rəssam olaraq sizi digər sənətkarlardan fərqləndirən cəhət nədir?

- İncə detallı işləməyim məni digər rəssamlardan fərqləndirir.

-  Sizcə, rəssam olaraq ən çox qarşılaşılan çətinliklər hansılardır?

-  Bir sıra kütlənin bayağı musiqiyə və rəsmə dəyər verməsi.

- Yaratdığınız əsərlərlə insanlara hansı duyğuları aşılamaq istəyirsiniz?

- İçimdən gələn hissləri və həqiqəti çalışıram gördüyüm kimi kətanda əks etdirim.

- Gələcəkdə hansı layihələr üzərində işləməyi planlaşdırırsınız?

- Daha da real portretlər üzərində işləyib, insanları təəcübləndirməyi planlaşdırıram.

- Sənətinizin gələcək inkişafını necə görürsünüz?

- Gələcək özümdən asılıdır, daha da inkişaf etmək və öz üzərimdə çalışmaq istəyirəm.

- Gəncəlilərin sənətə münasibətləri necədir?

- Gəncədə çox yaxşı sənətkarlar var. Yaxşı işə hər kəs dəyər verir.

- Tələbəniz varmı?

- Xeyr, yoxdur. Çox insanlar müraciət edir ki, dərs keçim, amma bu haqda düşünmürəm. Öz inkişafımın arxasınca gedirəm. Müəllim kimi işləsəm, özüm rəssam kimi irəli gedə bilməyəcəm.

- Nə qədər gəlir əldə edirsiniz?

- Sifarişin həcmindən asılı olaraq dəyişir.

- Sərginiz keçirilibmi?

- Fərdi sərgim olmayıb. Qrup sərgisi olub. “Gəncəsənət” sağ olsun, təşkil edib.

- Sizdən başqa rəssam olan ailə üzvü varmı?

- Ailədə tək rəssam mənəm.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Bu gün, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
Dünən, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
Dünən, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Dünən, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
Dünən, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Dünən, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Dünən, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Dünən, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Dünən, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
13 oktyabr 2026, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
13 oktyabr 2026, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
13 oktyabr 2026, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
13 oktyabr 2026, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
13 oktyabr 2026, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
13 oktyabr 2026, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
12 oktyabr 2026, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
12 oktyabr 2026, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Oxşar xəbərlər