top
Gəncəli opera müğənnisi: “Paxıllığımı çəkənlər də az olmadı” – ÖZƏL MÜSAHİBƏ
23 dekabr 2024, 17:32
- ↺ +

Gəncəli opera müğənnisi: “Paxıllığımı çəkənlər də az olmadı” – ÖZƏL MÜSAHİBƏ

 

Gəncəli opera müğənnisi, Azərbaycan Milli Konservatoriyasının üçüncü kurs tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov IV Azərbaycan Vokalçılar festivalında çıxış edib,  “Griseldo” operasından Ernestonun ariyasını ifa edib.

Gencexeber.az-ın əməkdaşı Altun Süleymanov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Özünüz haqqında məlumat verməyinizi istərdim.

- 2002-ci il sentyabrın 12-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşam. Hazırda Bakı şəhərində yaşayıram. Azərbaycanın Milli Konservatoriyasının III kurs tələbəsiyəm. Milli vokal ixtisası üzrə Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Taleh Yahyayevin sinfində təhsil alıram.

2018-ci ildə Gəncə musiqi kollecinə qəbul olmuşam. Fərqlənmə diplomu ilə oranı  bitirdim. Opera müğənnisi Vasif Bayramovun sinfində təhsil alırdım.

- Musiqiyə olan marağınız necə başladı? Uşaq yaşlarınızda hansı təsirlər oldu?

- Musiqiyə uşaq yaşlarından marağım var idi. Çünki həmin dövrdə Şövkət Ələkbərova, Rəşid Behbudov kimi milli musiqiçilərimizi dinləmişəm. Onları dinlədikcə çox gözəl hisslər keçirirdim. Sanki ruhumla onlarla söhbət edirdim.

Uşaq yaşlarında bir toy məclisində ifa etdim. Kəmalə Tağızadə səsimi eşidib çox bəyəndi. Məni 4 saylı Gəncə musiqi məktəbinə qəbul etdilər. Oranı da uğurla bitirdim.

- Opera ilə tanışlığınız necə oldu? Hansı opera əsərləri və ya sənətkarlar sizin üçün ilham mənbəyi oldu?

- Dünya şöhrətli opera müğənniləri var. Onları hər zaman dinləmişəm. Azərbaycandan da Samir Cəfərov, Yusif Eyvazov, Taleh Yahyayev, Azər Zeynalovu dinləyirdim.

Operaya gəlmək mənim arzum idi. Dünya şöhrətli opera müğənnilərinin master-klasslarında olmuşam. Və xeyli təcrübə toplamışam. Təcrübəni də öz üzərimdə inkişaf etdirdim. Xalq artisti Fidan Hacıyevanın musiqi məktəbinin nəzdində yaratdığı opera teatrında solist olaraq fəaliyyət göstərirəm.

- Ailənizdə musiqi ilə məşğul olan var?

- Xeyr, yoxdur.

- Hansı çətinliklərlə qarşılaşmısınız və bu çətinlikləri necə aşdınız?

- Ümumiyyətlə, hər bir peşənin, sənətin özünəməxsus çətinlikləri olur. Kim deyirsə asanlıqla gəlmişəm, yanlışdır. Düzdür, bir çox insanlar mənim üçün maneə yaradıb. Paxıllığımı çəkənlər də az olmadı. Amma buna baxmayaraq hər zaman mən öz təcrübəmlə, müəllimlərimin mənə öyrətdiyi taktika və ideyalarla layiqincə sözümü demişəm. Bir çox beynəlxalq müsabiqələrdə iştirak etmişəm.

Laçın şəhəri günü keçirildi. Mən o tədbirdə iştirak etdim. Cənab prezidentin qarşısında “Qarabağ” mahnısını ifa etdim. Bu ifanı edərkən çox duyğulandım. 2013-cü ildən Gəncə şəhərində ictimai sferadayam.

- Böyük səhnəyə ilk çıxışınız necə keçdi?

- İlk böyük səhnəm Gəncə Dövlət Filarmoniyasında oldu. Həmçinin beynəlxalq opera festivalında çıxışım olub.

- Səhnəyə çıxarkən və ya musiqini ifa edərkən hansı emosiyalar sizin üçün önəmlidir?

- İnsan səhnəyə çıxarkən emosiyaları ifa etdiyi musiqidən asılıdır. Sevgiyə aid bir mahnı ifa edirəmsə, biz onu yaşamalıyıq. Çox əl-qol hərəkətləri də olmamalıdır. Bəzən yanlış görünə bilər. Çalışmalıyıq ki, musiqiyə uyğun hərəkətlərlə tamaşaçının qarşısında obrazda olaq.

- Gənc bir opera müğənnisi olaraq hansı hədəfləriniz var? 5-10 il sonra özünüzü harada görürsünüz?

- Ümumiyyətlə, bütün opera müğənnilərinin ən böyük arzusu “La Skala” səhnəsində çıxış etməkdir. Ən böyük arzum budur ki, hər zaman Azərbaycanımızın bayrağını qaldırım. Vətənimi çox sevirəm.

Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən Xudayar Yusifzadənin “Vətən yaxşıdır” mahnısı jest dilində ictimaiyyətə təqdim olundu. Mədəniyyət kanalında da yayımlandı. Bu layihənin ideya müəllifi mənəm.

- Opera sənətindəki yenilikləri izləyirsinizmi?

- Əlbəttə, izləyirəm. Vokalçılar festivalı, opera festivalı keçirildi. Opera sənəti yeni dünyaya açılan bir qapıdır. Bu dünyanı hər bir kəs görə bilər. Buna düzgün şəkildə baxmaq lazımdır.

- Musiqinin və operanın gələcəyi haqqında nə düşünürsünüz?

- Operanın gələcəyi var. Gənc nəslin əlindədir. Gənc nəsil təəssüf ki, tanınmış ifaçıları tanımır.

- Təhsiliniz haqqında planlarınız varmı?

- Təhsilimi xaricdə davam etdirməyi düşünürəm. Xaricdə davam etdirdikdən sonra Azərbaycana gəlməyi düşünürəm.

- Festivallarda çıxış edirsinizmi?

- Bir çox beynəlxalq və yerli festivallarda olmuşam, IV Azərbaycan Vokalçıları Festivalında, Fidan Hacıyevanın Opera Festivalında çıxış etmişəm.

18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Sarayının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında II Azərbaycan  Beynəlxalq Vokalçılar Festivalının iştirakçısıyam.

- Mükafatlarınızdan danışmağınızı istərdim.

- 2019 ildə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin “Gənc İstedad” festivalında “Xalq mahnısı və vokal” nominasiyası üzrə birinci yerə layiq görülmüşəm. 2020-ci ildə Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “ZƏFƏR” beynəlxalq musiqi yarışmasında “Vokal və xanəndəlik istiqaməti” üzrə fəxri diplomla təltif edildim.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
Bu gün, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
Dünən, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
Dünən, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
Dünən, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Dünən, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
02 oktyabr 2026, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
02 oktyabr 2026, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Oxşar xəbərlər