top
Gəncəli loqoped: “Nitq qüsurundan əziyyət çəkənlərin sayı artmaqdadır” – ÖZƏL MÜSAHİBƏ
07 yanvar 2025, 15:30
- ↺ +

Gəncəli loqoped: “Nitq qüsurundan əziyyət çəkənlərin sayı artmaqdadır” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Bakıda keçirilən “İlin uğuru” mükafatlandırma mərasimində Gəncədən olan loqoped və defektoloq Aytac Əliyeva peşəkar fəaliyyətində göstərdiyi yüksək nəticələrə görə nüfuzlu mükafata layiq görülüb.

Gencexeber.az-ın əməkdaşı Aytac Əliyeva ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Aytac xanım, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1995-ci il yanvarın 24-də Gəncə şəhərində anadan olmuşam. Hazırda da orada yaşayıb fəaliyyət göstərirəm.

- Loqopediya sahəsinə necə maraq göstərdiniz və bu peşəni seçməyinizin səbəbi nədir? Neçə ildir məşğulsunuz?

- Universitet zamanı psixoloji və nitq qüsurlu uşaqlar üçün olan məktəblərdə təcrübədə olmuşam və bu sahəyə oradan marağım yaranıb. Sonra özümü bu sahə üzrə müxtəlif seminarlara, təlimlərə qatılaraq inkişaf etdirmişəm. Bu sahədə 5 ildir ki, tam peşəkar fəaliyyət göstərirəm.

- Loqoped kimi çalışdığınız müddət ərzində qarşılaşdığınız ən çətin vəziyyət hansı olub?

- Valideynləri uşaqları ilə bağlı problemlərə inandırmaq: müxtəlif metodlarla uşaqlardakı problemləri valideynlərin görməsinə şərait yaratmışam.

- Hansı yaş qrupları ilə işləməyi üstün tutursunuz?

- Yaş məhdudiyyəti olmadan bütün yaş qrupları ilə işləyirəm və hər birindən fərqli metod öyrənirəm.

- Loqopediya müalicəsində istifadə etdiyiniz ən effektiv metod hansıdır?

- Oyun terapiyası ən effektiv metoddur,  hər pasiyentlə individual metodlarla işləyirəm.

- Bəzi xəstələrin müalicəsi ilə bağlı qeyri-adi bir təcrübə yaşadınızmı?

- Hər pasiyent bizə fərqli bir təcrübə yaşadır. 5 yaşlı bir pasiyentim var idi. Otağa girmək belə istəmirdi. Qapıdan keçirmək mümkün deyildi. Hətta girməmək üçün valideynə şiddət göstərirdi. Mən ona fərdi yanaşaraq 2 seans sonra onun sərbəst şəkildə otağa daxil olmasına nail oldum.

- Loqopedik problemləri necə qiymətləndirirsiniz?

-  Bir loqoped kimi günümüzdə psixoloji və loqopedik problemlərdən əziyyət çəkən çox uşaqla qarşılaşıram. Və məncə, hər uşağa fərdi yanaşmaqla onu cəmiyyətə qazandırmaq olar.

- Günümüzdə nitq qüsurundan əziyyət çəkənlərin sayı artıbmı? Gəncədə vəziyyət nə yerdədir?

- Bəli, günümüzdə nitq qüsurundan əziyyət çəkənlərin sayı kəskin şəkildə artmaqdadır. Sadəcə Gəncədə deyil, ətraf rayonlarda da bu hallarla tez-tez qarşılaşırıq.

- Terapik proses zamanı valideynlər və müəllimlərlə necə əməkdaşlıq edirsiniz?

- Hər seans sonrası valideynlərlə aktiv şəkildə əlaqə saxlayıb uşaq haqqında məlumat verirəm. Lazım olduğu təqdirdə digər müəllimlərlə əlaqə də yaradıram.

- Daha ciddi diaqnozları olan şəxslərlə necə işləyirsiniz?

- Xüsusi proqramlar qurularaq pasiyent kompleks şəkildə müalicə olunur.

- Loqopediyanın digər tibbi sahələrlə, məsələn, nevrologiya və psixologiya ilə əlaqəsi haqqında fikirləriniz nədir?

- Nitq pozğunluqlarının bir çox növləri mərkəzi sinir sisteminin orqanik zədələnməsi ilə bağlıdır və onların düzgün diaqnostikası nevropatoloqun və loqopedin birgə səyi nəticəsində mümkündür. Əgər uşaqda psixi duyğular inkişaf etməzsə, o zaman nitqi məqsədli şəkildə inkişaf etməz.

- Yeniliklərə necə yanaşırsınız və öz bacarıqlarınızı inkişaf etdirmək üçün hansı metodlardan istifadə edirsiniz?

- Yeniliklər bizim sahəmiz üçün çox vacibdir. Çünki elm və texnika inkişaf etdikcə yeniliklər yaranır və biz də öz sahəmizdə bunu tətbiq edirik. Yeniliklərlə tanış olmaq hər sahədə olduğu kimi bizim sahəmizdə də mütləqdir. Çünki müasir dövrdə hər gün daha ciddi problemlər yaranır və peşəkar bir mütəxəssis bu yeniliklərə hazır olmalıdır. İlk növbədə araşdırma, sonra isə bu sahə üzrə xarici peşəkarlarla əməkdaşlıq labüddür.

- Çətin və emosional vəziyyətlərlə qarşılaşdığınızda stresi necə idarə edirsiniz?

- Bu iş səbir və güclü iradə tələb edir, əgər belə bir hal yaşanarsa, həmin andakı stresdən çıxmağın başqa bir üsulunu kəşf edirəm. Məsələn, oyun qururam və uşağı cəlb edəcək rənglər istifadə edirəm.

- Peşəkar fəaliyyətinizdə göstərdiyiniz yüksək nəticəyə görə “İlin uğuru” mükafatına layiq görülmüsünüz… 

- İlk dəfə avqust ayında “Awards 2024” mükafatına layiq görüldüm. Sonra isə “İlin uğuru” adlı mükafat gecəsinə dəvət aldım və bu, həqiqətən sevindirici haldır. Çox fəxr etdim, məqsədlərimə doğru addım-addım ucaldığımı görmək qürurverici bir hissdir. Şadam ki, bu uğurlar diqqətdən kənar qalmır.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Dünən, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Dünən, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Dünən, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Dünən, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Dünən, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Dünən, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
14 oktyabr 2026, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
14 oktyabr 2026, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
14 oktyabr 2026, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
14 oktyabr 2026, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
14 oktyabr 2026, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
14 oktyabr 2026, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
14 oktyabr 2026, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
14 oktyabr 2026, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
14 oktyabr 2026, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Oxşar xəbərlər