Gəncə şəhərində yanğın baş verib.
Gencexeber.az məlumat verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Yanğın çoxmənzilli yaşayış binasının dam örtüyündə olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Qurumun əməkdaşlarə alovun yayılmasının qarşısı alıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.