Gəncədə çox sayda şam ağacının bitdiyi sahədə yanğın başlayıb.
Gencexeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində müşahidə olunmaqdadır.
İlkin məlumata əsasən, alov bir neçə şam ağacını əhatə edib. Alovun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, sözügedən ərazidə yüzdən artıq şam ağacı əkilib.
[caption id="attachment_79819" align="alignnone" width="696"]
[/caption]