Gəncədə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə pulsuz defektoloq konsultasiyası keçiriləcək.
Gencexeber.az məlumat verir ki, loqoped və defektoloq Aytac Əliyeva mart ayının 5, 6, 7 və 8-i tarixlərində pasiyentlərini ödənişsiz konsultasiya edəcək. Kəkələmə, psixi nitq inkişaf ləngiməsi, autizm, dislaliya, serebral iflic, daun sindromu, eləcə də digər nitq və psixoloji inkişaf problemləri ilə üzləşən hər kəs, yaşından asılı olmayaraq, müayinə olunacaq.
Maraqlanan şəxslər (055) 229 78 44 mobil telefonu vasitəsilə qəbula yazıla bilərlər.