Gəncədə xilasetmə əməliyyatı icra edilib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, qurumun "112" qaynar telefon xəttinə Gəncə şəhərində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaq xilas olunub.