Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, hadisə şəhərin Poçt qəsəbəsində baş verib. 2009-cu il təvəlludlü Cahangir Sultan oğlu Vəliyevin idarə etdiyi motosiklet "VAZ-21099" markalı avtomobillə toqquşub.
Qəza zamanı yeniyetmə ağır bədən xəsarətləri alıb. Yaralı şəhərdə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.