Gəncədə tanınmış həkim dünyasını dəyişib.
Gencexeber.az məlumat verir ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Gəncə Regional Ambulator Ekspertiza şöbəsinin müdiri Ələmdar Həsənov vəfat edib. 72 yaşlı kişinin dünyamızdan köçməsi səbəbi qəfil ürək tutması olub.
Qeyd edək ki, Ələmdar Fərhad oğlu Həsənov 1953-cü ildə Gəncə şəhərində doğulub. 40 ildən çox həkim fəaliyyəti ilə məşğul olan Ə.Həsənov elmlər doktoru idi.
