Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli “Embraer 190” təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycanda 26 dekabrda matəm elan olunub.
Gencexeber.az məlumat verir ki, bununla əlaqədar Gəncə şəhərində vəfat edən şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq bayraqlar yarıya endirilib.
Xatırladaq ki, sözügedən qəzada həlak olanlardan biri Gəncə şəhər sakini, stüardessa Hökümə Əliyevadır.
