Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, hadisə rayonun Saratovka kəndində baş verib. "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı Elxan Qurbanov və Fazil İbrahimov xəsarət alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Həmin şəxslərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilib.