"Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş minifutbol yarışı keçirilib. Bu haqda bu gün, 12 avqust tarixində Gencexeber.az Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Gənclər arasında keçirilən dostluq görüşündə Gəncə Gənclər Evi və Gəncə Regional 2 saylı ASAN xidmət Mərkəzinin könüllüləri mübarizə aparıblar. Nəticədə Gəncə Gənclər Evinin komandası qalib olub.
Görüş Gəncə - Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirilib.
[caption id="attachment_42421" align="alignnone" width="300"]
Foto Regional Gənclər və İdman İdarəsi[/caption]