Gəncədə opera-vokal sənəti üzrə master-klas keçiriləcək. Bu haqda məlumatı Gəncə Maarif Evi İсtimai Birliyinə istinadən xəbər veririk.
Ustad dərsi Azərbaycan Milli konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Opera Vokal ifaçısı Altun Süleymanovun iştirakı ilə baş tutacaq. Tədbir 6 iyul saat 13:00-da Gəncə Maarif Evində keçiriləcək.
Qeyd edək ki, hər bir iştirakçıya sertifikat təqdim olunacaq.